Logo

Avstriyada seçkilər - Hazırkı prezident qalib gəldi

Avstriyada seçkilər - Hazırkı prezident qalib gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstriyanın hazırkı dövlət başçısı Aleksandrr Van der Bellen prezident seçkilərində 50%-dən çox səs toplayıb və ikinci müddətə yenidən seçilib.

Sfera.az  xəbər verir ki, bu barədə "Reuters" agentliyi "exit-poll"lara istinadən məlumat yayıb.

SORA adlı təşkilatın sorğusu göstərir ki, Van der Bellen 54,6% səs toplayıb.

Onun rəqibi ifrat sağçı, Azadlıq Partiyasının namizədi Valter Rosenkrantz 18,9% səs yığıb. Prezident postu uğrunda daha beş namizəd mübarizə aparıb.

Qeyd edək ki, Alexander Van der Bellen 2017-ci ildən prezident vəzifəsini icra edir. Avstriya parlament respublikası olsa da, prezident xalq tərəfindən seçilir. Prezidentin vəzifə müddəti altı ildir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR