Taylandda uşaq bağçasında TERROR
Kateqoriya məlum deyil
Taylandda uşaq bağçasında baş verən atışma nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, ölənlər arasında 22 uşaq var. Daha 12 nəfər isə yaralıdır.
Xatırladaq ki, ilkin məlumatlarda 34 nəfərin öldüyü bildirilirdi.
Hadisəni Taylandda keçmiş polis məmurunun törədildiyi bildirilir. Uşaq bağçasına hücum nəticəsində 30-dan çox adam həlak olub. Hadisədən sonra evinə qayıdaraq həyat yoldaşını və övladını güllələyən şəxs, sonda intihar edib.
Hadisəni törədən şəxsin narkotikin təsiri altında olduğu ehtimal edilir. İlkin məlumata görə, terrorçu əvvəllər narkotik istifadəsinə görə xidmətdən kənarlaşdırılıb.
Aynil






