Səfərbərlikdən yayınma ilə bağlı ilk cinayət işi başlanıldı

Rusiyada səfərbərlik zamanı hərbi xidmətdən yayınma ilə bağlı ilk cinayət işi başlanıb.
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya İstintaq Komitəsindən verilən məlumata görə komitənin ilk müttəhimi Penza sakini olub.
Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 328-ci - “Hərbi xidmətə çağırışdan yayınma” maddəsinin 1-ci bəndi ilə, iki ilədək azadlıqdan mərhum etmə maddəsi ilə cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, sentyabrın 23-də hərbi qeydiyyatda olan 1990-cı il təvəllüdlü şəxsə hərbi xidmət barədə bildiriş göndərilib. Komissarlıqdan qismən səfərbərlik haqqında bildirişə əsasən ona sentyabrın 26-da Penza vilayəti Kondolski kənd sovet administrasiyasına gəlmək zərurəti barədə məlumat verilib.
“Hərbi xidmətdən azad olunması üçün heç bir hüquqi əsas olmadığı halda o, komissarlığa gəlməyib”- deyə idarədən bildirilib.
Sentyabrın 24-də Rusiya prezidenti Vladimir Putin hərbi xidmətlə bağlı düzəlişlər paketini imzalamışdı. Bu düzəlişə əsasən, ehtiyatda olan və müqaviləli hərbçilər xidmət yerinə gəlməməyə və ya icazəsiz getməyə görə cinayət məsuliyyəti daşıyacaqlar.
Rusiya prezidenti bu addımın ölkəni və onun suverenliyini qorumaq üçün zəruri olduğunu vurğulamışdı.
Sentyabrın 20-də isə Dövlət Duması ikinci və üçüncü oxunuşda fərarilik və könüllü təslim olmaya görə cəza haqqında qanuna düzəliş edib. Qanuna əsasən, hərbi xidmətə çağırış və ya fərarilikdə təqsirləndirilənlər 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
İyulun 14-də Putinin düşmən tərəfinə keçməyi vətənə xəyanətlə eyniləşdirən qanun imzalamışdı. Belə ki, Rusiyanın maraqlarına zidd xaricdə silahlı münaqişədə və ya hərbi əməliyyatlarda iştirakına edən vətəndaşları 500 min rubla qədər cərimədən 20 ilədək həbs cəzası gözləyir.
Aynil