“Netflix”in yeni serialı izləmə rekordları qazandı

“Netflix”in yeni serialı izləmə rekordları qazandı

“Netflix”in yeni serialı “DAHMER”izləmə rekordları qazanıb.


“Netflix” bu yaxınlarda ən çox baxılan serialını təqdim edib. Bu həftənin Top10 siyahısı açıqlanıb. Siyahıda “DAHMER”, “Monster,“The Jeffrey Dahmer Hekayəsi”ilk üçlükdədir.

Rəqəmsal yayım platforması “Netflix” müntəzəm olaraq həftəlik, aylıq, illik və mövsümlük- 4 fərqli populyar məzmun siyahısını dərc edib. Onların arasında bəzən gözlənilmədən, təsadüfi məşhur olanlar da olur.

Bunun sonuncu dəfə Squid Game-də şahidi olduq. İndi yeni serial gündəmdədir.

Sfera.az “Netflix”in paylaşdığı ən çox baxılan serialların siyahısını təqdim edir.

“DAHMER”, “Monster”, “The Jeffrey Dahmer Story”, 196 milyon 200 min izləmə ilə “Netflix”-in paylaşdığı siyahıda ilk yerləri bölüşür. Ən yaxın rəqibindən 4 qat çox baxış sayı ilə “DAHMER” böyük ekranlara təqdimatından cəmi bir neçə gün keçməsinə baxmayaraq rekorda doğru addımlayır.


“Squid Game” və ya digər “Netflix”serialları kimi bütün zamanların rekordlarını qırmağı bacarıb-bacarmayacağını isə qarşıdakı aylarda görmək mümkün olacaq. Ancaq ilk həftədəki performansı ilə serialın gözlənilməz yüksəliş qazandığını söyləmək olar.

Siyahının ikinci pilləsində 60 milyon 970 min izləmə sayı ilə “The Winx Saga”nın ikinci mövsümü qərarlaşıb. Çoxumuzun uşaqlığımızda izlədiyi “Winx Club” cizgi serialının böyük ekrana uyğunlaşdırıldığı bu istehsal ilk sezonda çox uğurlu olmasa da, ikinci sezonu ilə yüksək baxış sayı qazanıb.

Son 2 həftədə orta hesabla 100 milyon izləmə sayı ilə ən çox izlənilənlərin siyahısında öz damğasını vurmağı bacaran “Cobra Kai”nin 5-ci sezonu 3-cü sıraya geriləyib.

Siyahıda sonrakı pillədə Britaniya kral ailəsindən bəhs edən və xüsusilə Kraliça Elizabetin ölümündən sonra yüksək baxış sayı toplayam “The Crown” dayanır.
 


OXŞAR XƏBƏRLƏR