Nəvələrini titullarından məhrum edən Kraliça üzr istədi - FOTOLAR

Britaniya kral ailəsindəki qarışıqlıq bir neçə gündür dünya gündəminin arxa planına düşüb. Buna səbəb Danimarka kral ailəsində baş verənlərdir.
Sfera.az xəbər verir ki, keçən ay taxta çıxmasının 50 illiyini qeyd edən Danimarka kraliçası II Marqret kiçik oğlunun keçmiş və indiki evliliklərindən dünyaya gələn dörd nəvəsindən şahzadə titullarını aldığını açıqlamışdı.
Daha sonra Kraliça Marqret kiçik oğlu və ailəsinin etirazlarından sonra ailəsindən üzr istəməyə məcbur olub.
82 yaşlı Kraliça bu qərarın səhv anlaşıldığını bildirib. Lakin yenə də qərarından geri dönməyib.
SOSİAL MEDİADA DA PAYLAŞIM EDİB
Kraliça II Marqret dünən yayımlanan rəsmi sosial media hesabında paylaşdığı açıqlamada “Şahzadə Yoahimin dörd övladının gələcəkdə titul istifadəsinə dair son vaxtlar verdiyim qərara sərt reaksiyalar oldu. Bu əlbəttə ki, ən çox mənə təsir etdi” - yazıb
Dörd nəvəsinin çox düşündükdən sonra "şahzadə" titullarını aldığını bildirən Kraliça II Marqret, 50 illik hakimiyyəti dövründə həm keçmişi, həm də gələcəyi nəzərı almasının normal olduğunu bildirib. Monarxiyanın zamana uyğun formalaşmasını təmin etməyin bir kraliça olaraq vəzifəsi olduğunu vurğulayan II Marqret “Bəzən çətin qərarların verilməli olduğu anlamına gəlir. Doğru anı tapmaq həmişə çətin olacaq" deyə bildirib. Daha sonra o, bu tənzimləməni monarxiyanın gələcəyi üçün zəruri hesab etdiyini və buna görə də taxtda ikən onu almaq istədiyini bildirib.
"Bir kraliça, bir ana və nənə kimi qərarımı verdim. Amma bir ana və nənə olaraq bu qərarın kiçik oğluma və onun ailəsinə təsirini lazımınca düşünə bilmədim. Çox pis nəticələrə səbəb oldu, buna görə üzr istəyirəm” Kraliça açıqlamasında qeyd edib.
Kraliça II Marqret onu da vurğulayıb ki, övladlarının, gəlinlərinin və nəvələrinin həyatının ən böyük sevinci və qüruru olduğuna heç kim şübhə etməməlidir. Kraliça mesajını "Ümid edirəm ki, bir ailə olaraq güzəştə gedəcək və yenidən bu çətinliyin öhdəsindən gələcəyik" deyə bitirib.
Xatırladaq ki, Danimarka kraliçası, bir neçə gün əvvəl qəbul edilmiş və 1 yanvar 2023-cü ildə qüvvəyə minəcək qərarla kiçik oğlu Yoahimin övladlarının, 23 yaşlı Nikolay, 20 yaşlı Feliks, 13 yaşlı Henrik və 10 yaşlı Afina "şahzadə” titullarının əllərindən alınacağını açıqlamışdı. Bu tarixdən sonra uşaqlar “qraf” və “qrafinya” titullarını daşıyacaqlar. Bundan əlavə, uşaqlara "zati-aliləri" deyə müraciət ediləcək. Kral ailələrində yüksək rütbəli şəxslər üçün istifadə edilən “əlahəzrət” müraciətindən istifadə edilməyəcək.
Danimarka kraliçası II Marqretin böyük oğlu və varisi Şahzadə Frederik və həyat yoldaşı Meri ilə evliliyindən daha dörd nəvəsi var. Onların böyük oğlu, atasından sonra taxt-tacda ikinci olan Kristianın 16 yaşı var. Sonra 15 yaşlı şahzadə İzabella gəlir. Daha sonra isə onların 11 yaşlı əkizləri Şahzadə Cozefina və Şahzadə Vinsent var. Kraliça II Marqret varisi olan böyük oğlu Frederikin titullarını ləğv etməyib.
İLK REAKSİYA KEÇMİŞ GƏLİNDƏN GƏLDİ
Kraliça II Marqretanın kiçik oğlu Yoahimin dörd övladının titulunu almasına ilk reaksiya Şahzadənin keçmiş həyat yoldaşı Aleksandradan gəldi. Yoahimin keçmiş həyat yoldaşı və övladları Nikolay və Feliksin anası Frederiksborqlu qrafinya Aleksandra Kraliça II Marqretin qərarından şoka düşdüyünü və üzüldüyünü açıqlayıb. Elə həmin onun iki oğlunun “şahzadə” titulları onlardan alınıb.
Anasından incidi
Daha sonra şahzadə Yoahim ailəsi ilə birlikdə yaşadığı Parisdə Danimarka mətbuatına açıqlama vermişdi. Yoahim anasının qərarını tənqid edərək, keçən may ayında anası tərəfindən bəzi brifinqlər keçirildiyini, lakin bunun deyilənlərdən çox fərqli olduğunu söyləmişdi.
“Mənə tam fərqli situasiya ilə qarşı-qarşıya qoydular. Mənə yalnız 5 gün vaxt verdilər ki, titullarından məhrum edilmiş övladlarıma vəziyyəti izah edim" deyə Yoahim bildirib.
Yoahim həmçinin bildirib ki, kiçik övladları 13 yaşlı Henrik və 13 yaşlı Athenaya vəziyyəti izah etmək daha çətindir
UŞAQLARIMIZ ATILDI
Yoahimin fransız həyat yoldaşı Mari də bu qərarla uşaqlarının pis durumda qaldığını iddia edib. Ötən gün mətbuata açıqlamasında Mari 10 yaşlı qızı Athenanın bu qərardan xüsusilə təsirləndiyini və dostları arasında gülüş obyekti olduğunu bildirib.
ŞAHZADA HARRİ VƏ MEGAN MARKLE KİMİ
Danimarkanın kiçik şahzadəsi Yoahim müəyyən mənada İngiltərə kralı III Çarlzın kiçik oğlu Harriyə bənzəyir. Ailələri ilə anlaşa bilməyən Harri və həyat yoldaşı Meqan Markl uşaqları ilə birlikdə ABŞ-a köçmüşdü
.
Bütün təfərrüatlar dəqiq bilinməsə də, Danimarka şahzadəsi də böyük qardaşı Frederik və həyat yoldaşı Meri ilə anlaşa bilməyən Yoaxim ailəsi ilə birlikdə Fransada yaşamağa qərar vermiŞdi. Harri kimi o da yalnız lazım olanda ölkəsi Danimarkaya gedir.
“Bəzən həyatınızla bağlı qərarları özünüz qəbul etmirsiniz"-Yoahim və həyat yoldaşı Mari açıqlamalarında bildirib.
Aynil