ABŞ-ın ən bahalı və ucuz şəhərinin adı AÇIQLANDI

ABŞ-ın ən bahalı və ucuz şəhərinin adı AÇIQLANDI

Kaliforniya ştatının San Xose şəhəri ABŞ-da yaşamaq üçün ən bahalı şəhərdir. 


Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu “Doxo” şirkəti müəyyənləşdirib. Şirkət ABŞ-ın Siyahıyaalma Bürosunun məlumatlarının təhlili əsasında müəyyən edib ki, San Xosedə yaşamaq digər şəhərlərə nisbətən daha çox xərc tələb edir. 


Mütəxəssislər ev təsərrüfatlarının aylıq məcburi ödənişlərinin, o cümlədən ipoteka, kirayə mənzil, kommunal ödənişlər, avtomobil krediti ödənişləri, rabitə və sığorta xidmətləri üzrə ödənişlərin məbləğini təhlil etdikdən sonra reytinqi tərtib ediblər. ABŞ-da bir ayda adambaşına çəkilən xərc orta hesabla 1800 dollardır. San Xosedə isə bu göstərici 66,8 faiz çoxdur, yəni 3150 dollardır.


Reytinqdə ikinci pilləni San Fransisko tutub. Siyahıda 3-cü yeri Vaşinqton, dördüncü yeri isə Los-Anceles tutub. Nyu York ilk 5-liyi tamamlayır. Yaşamaq üçün ən bahalı on şəhərə həmçinin San Dieqo, Boston, Seattle, Riverside və Denver daxildir.


Ən ucuz şəhərlərə gəlincə, bu kateqoriyada ilk sırada Buffalodur. Bu şəhərdə sakinlər hər ay orta hesabla 1,6 min dollar xərcləyir. Buffalodan başqa Pitsburq və Klivlendə də xərclər azdır.


Vasif,
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR