“Baş verənlər Rusiyanın Qərbə verdiyi siqnaldır”

“Baş verənlər Rusiyanın Qərbə verdiyi siqnaldır”

Dünyanın aparıcı ekspertləri “Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində meydana gələn sızmaların hələ təxribatların başlanğıcı olmasından narahatdırlar.

 

Sfera.az bildirir ki, bununla bağlı keçmiş yüksək rütbəli kəşfiyyat məmuru Andrea Kendall Taylor “İnsider”ə danışarkən belə təxribatların davam edəcəyini deyib. O qeyd edib ki, Moskva birbaşa Avropanın “əzablarını artırmaq” üçün təcili yol axtarır:

 

“Baş verənlər Rusiyanın Qərbə verdiyi siqnaldır. Bu ölkə Ukraynaya dəstək davam etdikcə dağıdıcı olmaq üçün istifadə edə biləcəyi bir sıra qeyri-ənənəvi vasitələrə malikdir. Sözügedən sızıntıları da Kremldən “xəbərdarlıq” kimi dəyərləndirmək lazımdır. Bu cür təxribat aktları bir o qədər çoxalacaq və Putin qeyri-ənənəvi vasitələrə, o cümlədən kibermüharibə, kimyəvi silahlar, bioloji silahlar və hətta taktiki nüvə silahlarına arxalanacaq. Təhlükə gələcək aylarda və illərdə artacaq".

 

Qeyd edək nki, ötən həftə Rusiya qazını Baltik dənizi üzərindən Avropaya daşıyan “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində ikisi Danimarka, ikisi isə İsveç ərazi sularında olmaqla 4 ayrı sızma baş verib.  ABŞ, Avropa və Kreml qarşılıqlı açıqlamalar verərək bir-birini təxribatda ittiham edib. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR