Okeanlar üçün yeni təhlükə Turşuluq nisbəti sürətlə artır

Okeanlar üçün yeni təhlükə -  Turşuluq nisbəti sürətlə artır

Arktikada buzlaqlar günü-gündən əriyir.


Məlumdur olduğu kimi qlobal iqlim dəyişikliyi havanın temperaturunun daha da istiləşməsinə və buzlaqların əriməsinə səbəb olub. Mütəxəssislər buzlaqların əriməsinin okeanların turşuluq faizini artırdığını qeyd edirlər. Dəniz suyundakı bu turşulaşma okean fauna və mikroflorasını da təhlükə altına alır.


Sfera.az xəbər verir ki, qlobal iqlim dəyişikliyi və buxarlanmaya məruz qalan yerlər arasında okeanlar ön sıralardadır. Yer səthinin 70% su ilə örtülüdür və bunun böyük əksəriyyəti okeanların payına düşür. Qlobal istiləşmənin təsiri ilə Şimal və Cənub qütblərindəki buzlaqların ərimə sürəti artır və bunun nəticəsində dəniz səviyyəsinə yaxın ərazilərin əksəriyyətinin su altında qalacağı proqnozlaşdırılır.

Lakin qütblərin əriməsinə səbəb olan qlobal istiləşmənin okeanlara daha bir ziyanı da var: Okeanlarda turşuluq nisbəti sürətlə artır.

Bu yaxınlarda "Science" jurnalında dərc edilən araşdırma Arktikadakı Şimal Buzlu Okeanın turşuluq səviyyəsinin digər okean hövzələrindən 3-4 dəfə çox olduğunu ortaya qoydu. Son 30 ildə Arktikada dəniz buzunun sürətlə əriməsi turşuluq faizinin yüksəlməsinə də təsir edib.

 

Aylin


OXŞAR XƏBƏRLƏR