Logo

Hipnoz bəhanəsi ilə qadınlara təcavüz etdi – AĞIR CƏZA

Hipnoz bəhanəsi ilə qadınlara təcavüz etdi – AĞIR CƏZA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniyada yaşanan hadisə sosial mediada gündəm olub.

Sfera.az bildirir ki, hipnoterapist olduğunu bildirən 58 yaşlı Yan Roper haqqında irəli sürülən iddialar təəccüb doğurub.

Belə ki, sözügedən şəxsin qadın müştərilərini təsir altına salaraq onlara təcavüz etdiyi bildirilib. Hadisə Roperin müştərilərindən birinin sessiyanın ortasında oyanmasından sonra üzə çıxıb. İddialara görə, Roper müştərisindən dəniz kənarında bədəninə günəş kremi sürdüyünü düşünməsini və üst paltarını çıxarmasını istəyib, ardınca isə qadını cinsi istismar edib.

İddiaların yalan olduğunu bildirən Roperin mühakimə olunduğu prosesdə qərar verilib. Hipnoterapist 2,5 il həbs cəzasına məhkum edilib. Polislər araşdırma zamanı onun kompüterində uşaq pornoqrafiyası məzmunlu videolar tapıb.

Qeyd olunub ki, o, 10 il  “cinsi təcavüz cinayətkarı” kimi qeydiyyatda qalacaq və hipnoterapist kimi işləyə bilməyəcək.

Türkan,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR