Logo

Bolqarıstanda erkən seçki - Keçmiş baş nazir qalib gəlir

Bolqarıstanda erkən seçki - Keçmiş baş nazir qalib gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilib.

Sfera.az xəbər verir ki, seçkilər artıq başa çatıb və ilkin "exit-poll" nəticələri açıqlanıb.

"Gallup International" və "Alpha Research" şirkətləri tərəfindən keçirilən "exit-poll" nəticələrinə görə, sağ mərkəzçi GERB partiyası 24,6-25,5% səs toplayıb.

Keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi partiya seçkilərdə birinci yerə çıxıb. Ancaq nəticələr hökumət qurmaq üçün kifayət etmir.

GERB-nin əsas rəqibi, keçmiş baş nazir Kiril Petkovun rəhbərlik etdiyi islahatçı “Dəyişikliyə davam edirik” partiyası exit-poll nəticələrinə əsasən, 18,9-19,9% səslə ikinci olub.

Üçüncü yerdə əksəriyyəti türk və müsəlmanlardan ibarət olan Haqq və Azadlıqlar Hərəkatı (HÖH) qərarlaşıb.

Rəsmi nəticələr 3 gün sonra açıqlanacaq.

Qeyd edək ki, ölkə üzrə seçici fəallığı 35 faizə yaxın olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR