Stadionda iğtişaş: onlarla ölən var
Kateqoriya məlum deyil
İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar qanlı sonluqla yekunlaşıb.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.
İğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb.
Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub.
Ölənlər arasında iki polis əməkdaşı da var.
Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.
Hadisə ilə bağlı görüntüləri buradan izləyə bilərsiniz:
//fb.watch/fUUpIrGLu6/






