Logo

Almaniyanın müdafiə naziri Odessaya gözlənilməz səfər etdi

Almaniyanın müdafiə naziri Odessaya gözlənilməz səfər etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın müdafiə naziri Kristin Lambrext şənbə günü elan olunmamış səfərlə Odessaya gedib və burada ukraynalı həmkarı Aleksey Reznikov ilə görüşüb.

O, IRIS-T SLM hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib.

“Ukrayna hazırda inanılmaz miqdarda hava hücumları ilə üz-üzədir, buna görə də bizim daha çox hava hücumundan müdafiə dəstəyi verməmiz çox vacibdir”, - Lambrext bildirib.

Almaniyanın Müdafiə Nazirliyi “Twitter”də onun Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib.

“Biz nə qədər vaxt lazımdırsa, dostlarımızı dəstəkləyəcəyik”, - nazirlikdən qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR