Fransa Rusiyanın qərarını pislədi
Kateqoriya məlum deyil
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna əraziləri ilə bağlı qərarını pisləyib.
Sfera.az bildirir ki, Emmanuel Makron deyib:
"Mən Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojiye və Xerson vilayətlərinin qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm. Bu həm beynəlxalq hüququn, həm də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır".






