Logo

Ukrayna hücuma keçdi: Rusyönlü liderdən ŞOK ETİRAF

Ukrayna hücuma keçdi: Rusyönlü liderdən ŞOK ETİRAF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna 4 bölgənin Rusiyaya birləşdiyini dünyaya elan etməyə hazırlaşan Moskvaya ağır zərbə vurub.

Sfera.az bildirir ki,  Donetsk vilayətinin moskvayönlü lideri Denis Puşilinin açıqlamaları isə ölkədə soyuq duş effekti yaradıb.

Puşilin sosial media hesabında bunları qeyd edib: “Limandan gələn xəbərlər narahatedicidir. Hazırda bu şəhər qismən mühasirəyə alınıb. Yaxınlıqdakı iki kənd tamamilə bizim nəzarətimizdə deyil”.

Kremldən gələn son açıqlamada isə Rusiyanın ilhaq etməyi planlaşdırdığı, lakin Ukraynanın iki vilayətinin dəqiq sərhədlərinin dəqiqləşdirilməli olduğu bildirilib. Kremlin sözçüsü Peskov, “Donetsk və Luqansk Xalq Respublikaları 2014-cü ildə Rusiya tərəfindən tanınıb. Xerson və Zaporojye bölgələrinə gəlincə, bu suala hazırda cavab verə bilmərəm”, deyə söyləyib.

Qeyd edək ki, Ukrayna hazırda Xersonu tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır.

Türkan,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR