Dünyanın ən əsrarəngiz mənzərələrindən - Külək məhsulu haqqında bilmədiklərimiz
Füsunkar görünüşü ilə könülləri fəth edən Kapadokya uzun müddətdir ki, ən gəzməli yerlər arasındadır və saysız-hesabsız ziyarətçi qəbul edir.
Kapadokya külək eroziyasının məhsulu olan yumşaq vulkanik qayaları, dərələri, mağaraları və ən gözəl, bənzərsiz şar mənzərələri ilə məşhurdur.
Sfera.az bu dəfə Kapadokya haqqında kifayət qədər maraqlı məlumatlar təqdim edir.
1. Kapadokya sözü farsca "Gözəl atlar ölkəsi" deməkdir. Eyni zamanda Kapadokya Anadolunun yerli xalqlarından sayılan luvilərin dilində Katpatuka, yəni “Alçaq Ölkə” deməkdir.
2. Kapadokya nağılı...
Bir zamanlar Kapadokiyada nəhəng varlıqlar yaşayırdı. Bu nəhənglər bacalardan od püskürəndə insanlara zərər verirdilər. Bir gün pəri sultan buraya gəlib pərilərdən kömək istəyir. Pərilər buz və su ilə yanğınları söndürür, bacaları bağlayırdılar. Bundan sonra nəhənglər yerin altında gizlənərək qaçıblar. Bu hadisədən sonra evlərin aşağı mərtəbələrində insanlar, bacalardakı otaqlarda pərilər yaşamağa başlayıb.
3. Kapadokya şəhər deyil. Təbii ki, bunu hamımız bilirik. Əslində Kapadokya 5 fərqli şəhəri əhatə edən böyük bir bölgədir.
Bu beş şəhər; Nevşehir, Kayseri, Kırşehir, Niğde və Aksaraydır.
4. Məlumdur ki, Kapadokiyada qaya birləşmələrinin yaranması təxminən 60 milyon il əvvəl və vulkan püskürməsi nəticəsində baş vermişdir. Bu qayaların əmələ gəlməsində üç dağın qoyub getdiyi lavanın təsiri böyükdür.
Bu üç dağ; Erciyes, Melendiz və Həsən Dağıdır.
Külək və suyun təsiri ilə yumşaq qayalar zamanla şəklini dəyişir və bu gün Pəri Bacaları olan strukturlar meydana çıxır. Kapadokiyada ilk insan məskəninin Paleolit dövrünə aid olduğu güman edilir.
5. Bu füsunkar bölgənin sosial tarixi eramızdan əvvəl 3000-ci ilə gedib çıxır. Kapadokya; Assuriyalılar, Hetitlər, Frigiyalılar, Farslar, Romalılar və Türk tayfaları kimi bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir.
6. Kapadokya haqqında ən qədim yazılı mənbə Ksenefonun “Anabasis” kitabıdır.
Kitaba görə, Fars padşahı Kirin tabeliyində olan ellinlər, yeraltı Kaymaklı və Derinkuyu şəhərlərində qalıblar.
7. Bu bölgədə 200-ə yaxın yeraltı şəhər var. Eyni zamanda, bu yeraltı şəhərlərin əksəriyyəti geniş tunellərlə bir-birinə bağlıdır və bəziləri 30 min nəfəri qəbul edəcək qədər böyükdür.
Kapadokya bölgəsi tarix boyu çoxlu hücumlara məruz qalmışdır. Adını çəkdiyimiz bu yeraltı şəhərlərin inşası insanların bu hücumlardan qorunmaqəsı üçün nəzərdə tutulmuşdu. Bu qədər sayda yeraltı şəhərə sahib olmaq bölgənin yumşaq qayaları sayəsində mümkün olmuşdur.
8. Kapadokya bölgəsində qayaya oyulmuş 600-ə qədər kilsə var. Bu kilsələrin tarixi orta əsrlərə gedib çıxır və bu kilsələrdə bəzi qayaüstü rəsmlər mövcuddur.
Deyilənə görə, bu rənglənmiş fiqurları şeytandan qorxan kəndlilər düzəltmişdilər. Ərazidə hələ aşkar edilməmiş çoxlu kilsələrin olduğu da düşünülür.
9. Göreme Kapadokiyanın ən qədim yaşayış məntəqələrindən biridir.
Bu yaşayış məntəqəsinin adı keçmişdə ərəblərdən qaçıb mağaralarda gizlənən xristianlara aiddir.
Ərəb işğalı zamanı xristianlar bu bölgəyə sığınıb gizlənirdilər. Zaman keçdikcə bu bölgə Göreme adını aldı, yəni görə bilməzsiniz.
10. Bu bölgə şərab istehsalı üçün əlverişli yerlərdən biridir. Eyni zamanda, Kapadokya Türkiyənin ən böyük üzüm istehsal edən bölgələri sırasındadır.
Aynil






