Atama haqqımı halal etdim - Mehmet Ali Ərbilin qızından

Atama haqqımı halal etdim - Mehmet Ali Ərbilin qızından

1998-ci il təvəllüdlü Ece Ronay son zamanlar çıxardığı mahnılarla gündəmin ən çox danışılan adlarından birinə çevrilməyi bacarıb. İlk dəfə "Watermelon" mahnısı ilə YouTubeda fenomenə çevrilən məşhurun TikTok-da 4 milyon izləyicisi var. Son olaraq Youtube kanalında qonaq olan Ronay özü ilə bağlı səmimi etiraflar edib.



İlk dəfə “Qarpız” mahnısı ilə məşhurlaşan Ece Ronay sosial media hesablarının aktiv istifadəçisidir. Onun İnstaqramda ümumilikdə 1,2 milyon izləyicisi var.



Bəzən adekvat olmayan rəftarı ilə diqqət çəkən Ronay ötən ilin oktyabrında klipində çəkilən atası-Mehmet Ali Ərbilin onu taciz etdiyini deyərək Ərbil haqqında iddia qaldırmışdı.



Mövzu ilə bağlı açıqlama verən Ərbil: “Bu qız məndən reklam üçün istifadə edir. Heç kimə sataşmamışam. Z nəslinin tələsinə düşdüm" deyə açıqlama vermişdi.



Proqramların birində Ronay verilişdə özü və ailəsi ilə bağlı önəmli açıqlamalar verib.



Ötən aylarda evlənən fenomen, "Sevildiyimi hiss etdiyim bir münasibətim var" deyərək həyat yoldaşına təriflər yağdırıb.



O, övladını dünyaya gətirib-gətirməmək barədə çox düşündüyünü və bu məsələdə həyat yoldaşının ona hər zaman dəstək olduğunu bildirib.



Atası ilə bağlı verilən sualları cavablandıran Ronay səmimi açıqlamalar verib.



Oğlu Miranı babasız böyütmək istəmədiyini və atasının nəvəsindən uzaq olmasına təəssüfləndiyini bildirərək, bu haqsızlığın ikitərəfli olduğunu vurğulayıb.



Uşağım olandan sonra atamı başa düşdüm..


Qardaşının fiziki qüsuru ortaya çıxdıqdan sonra evdə şiddətin artdığını qeyd edən Ece Ronay, bu zorakılığın 7-13 yaş arasında davam etdiyini açıqlayıb. Bundan sonra internat məktəblərində qalan Ronanı bir ildən sonra nənəsi ordan götürüb.



O, atasını çətin günlərdən keçib ana olduqdan sonra başa düşdüyünü açıqlayıb.

 


“Atamın üsulu zorakılıqla hər şeyi həll etmək idi. Onun məqsədi məni qorumaq idi”.


Sosial mediaya görə təhsilini yarımçıq qoyduğunu qeyd edən Ronay bu məsələdən təəssüfləndiyini bildirib.



“Hazırkı iş yerim daimi deyil. İki ildən sonra başqa bir Ece Ronay çıxıb qarpız yox qovun oxusa, mən unudulacam”-deyərək şou biznesin “nankor” olduğunu vurğulayıb.


Aynil


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...