Logo

Danimarka kraliçası dörd nəvəsini niyə kral titulundan məhrum edir? - SƏBƏB

Danimarka kraliçası dörd nəvəsini niyə kral titulundan məhrum edir? - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropanın yeganə kraliçası və qitənin ən uzun müddət hakimiyyətdə olan monarxı Danimarka kraliçası Marqret səkkiz nəvəsindən dördünü titullarından məhrum edib.

Sfera.az “The Guardian” nəşrinə istinadən bildirir ki, kraliçanın bu addımı atmasının səbəbi kiçik oğlu Şahzadə Yoahimin dörd övladının daha sərbəst və rahat həyat sürməsinə icazə verməkdir. Kraliça Avropadakı digər kral ailələri tərəfindən də bənzər addımlar atılacağını gözlədiyini bildirib.

Kral sarayının bəyanatında:

"2023-cü il yanvarın 1-dən Şahzadə Yoahimin övladları yalnız Monpezat qrafı və qrafinyası titullarından istifadə edə biləcəklər. Onların əvvəlki Danimarka şahzadə və şahzadəsi titulları mövcud olmayacaq"- deyilir.

53 yaşlı şahzadə Yoaximin iki nikahdan 10-23 yaş arasındadörd övladı var: Nikolay, Feliks, Henrik və Afina.

“Əlahəzrət Kraliça öz qərarı ilə dörd nəvələrinin yeni təməl başlanğıca addım atmaqlarını istəyir. Kraliça onların Kral Evinə aid xüsusi imtiyaz və öhdəliklərlə kifayətlənmədən öz imkanlarını daha geniş formalaşdıra bilmələri üçün çalışır”- deyə sarayın bəyanatında deyilir.
 
Həmçinin bəyanatda Kraliçanın qərarının digər kral ailələrinin son illərdə müxtəlif üsullarla həyata keçirdikləri oxşar dəyişikliklərə uyğun olması vurğulanır.

Şahzadə Yoahimin iki oğlunun anası isə Danimarka mətbuatına verdiyi açıqlamada bu qərardan şok olduğunu bildirib.

"Hər şey ildırım sürəti ilə baş verdi. Uşaqlar özlərini seçkin hiss edirlər. İmtiyazlarının niyə onlardan alındığını başa düşə bilmirlər"-deyə qrafinya Aleksandra bildirib.

Kraliçanın digər dörd nəvəsi, 54 yaşlı vəliəhd şahzadə Frederikin övladlarının titulları qorunur. 2016-cı ildə qəbul edilən qərara əsasən isə yalnız gələcək kral Şahzadə Kristian yetkinlik yaşına çatdıqdan sonra əlavə titul alacaq.

Qeyd edək ki, 82 yaşlı Danimarka kraliçası Britaniya kraliçası II Elizabetin dəfn mərasimində iştirak etdikdən sonra onda koronavirus aşkar edilmişdi.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR