Logo

Rusiyadan "Şimal axını" ilə bağlı qalmaqallı İDDİA

Rusiyadan "Şimal axını" ilə bağlı qalmaqallı İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərindəki sızmalardan sonra fərziyə və ittihamların ardı-arası kəsilmir.

Bu dəfə qalmaqallı bir iddia Rusiya tərəfindən gəlib.

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün regionun hansı kəşfiyyat orqanının nəzarətində olduğunu açıqlayıb.

Rusiyadan Almaniyaya təbii qaz daşıyan “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən partlayışlar dünya mediasının bir nömrəli gündəmində qalmağa davam edir.

Sözügedən partlayışlarda təxribat ehtimalı günü-gündən güclənərkən Rusiya inamılmaz açıqlama verib.

Xatırladaq ki, bundan əvvəlki açıqlamada rəsmi Moskva partlayışda Rusiyanı ittiham etməyin böyük 'axmaqlıq' olduğu bildirilmiş və bu məsələni BMT Baş Assambleyasında müzakirəyə çıxarmağı planlaşdırıldığı açıqlanmışdı.

Moskva administrasiyası boru kəmərinə qarşı təxribat iddialarından ciddi narahat olduqlarını bildirməklə yanaşı, partlayışların arxasında ABŞ-ın dayandığını iddia edirdi.

Bu açıqlamalardan dərhal sonra Rusiya ittihamların dozasını bir qədər də artırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün mətbuata açıqlamasında bildirib ki, partlayışlar ABŞ kəşfiyyat orqanlarının tam nəzarətində olan Danimarka və İsveçin eksklüziv iqtisadi zonasında baş verib.

Zaxarovanın bu açıqlaması Rusiyanın birbaşa ABŞ-ı hədəf alan ilk bəyanatı kimi qeydə alınıb.

Bu barədə sualları cavablandırarkən Zaxarova ABŞ prezidenti Baydenin fevral ayında verdiyi bəyanatı xatırladıb.

“Ukrayna müharibəsi başlamazdan bir qədər əvvəl Bayden bəyan etmişdi ki, Rusiya Ukraynanı işğal edərsə, “Şimal axını 2” aradan qaldırılacaq”.

Müxbirin “Bunu tam olaraq necə edəcəksiniz” sualına Bayden: “Biz bunu edə bilərik. Mən sənə söz verirəm” kimi ifadələrdən istifadə etmişdi.

Tərəflərin ağır ittihamları davam edərkən İsveç bu gün boru kəmərində 4-cü sızmanın aşkar edildiyini açıqlayıb. Hazırda hər iki boru kəməri sıradan çıxıb.

Xatırladaq ki, “Şimal axını 2” boru kəməri layihəsi Rusiya Ukraynanı işğal etdikdən sonra dayandırılmışdı və Rusiya “Şimal axını 1” boru kəmərində texniki işlər görüləcəyi səbəbilə fəaliyyətini dayandırdığını bildirmişdi.

Bununla belə, hər iki kəmərin təbii qazla doldurulması davam edirdi.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR