Logo

Ankara Bakıya görə İrəvanla danışıqları təxirə saldı

Ankara Bakıya görə İrəvanla danışıqları təxirə saldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 14-də sərhəddə Türkiyə və Ermənistanın müvafiq idarələrinin nümayəndələri arasında iki siyasi sazişin icrasını müzakirə etmək üçün görüş keçirilməli idi. Lakin həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə Türkiyə tərəfinin istəyi ilə görüş təxirə salındı.

Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.

O, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə sonuncu görüşünün iyulun 14-də keçirildiyini xatırladıb:

“Görüşün hansı müddətə qədər təxirə salındığı barədə dəqiq tarix yoxdur”.

Axar.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR