Logo

Almaniya bu məqsədlə 200 milyard avro xərcləyəcək

Almaniya bu məqsədlə 200 milyard avro xərcləyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniya hökuməti qazın qiymətinin artmasının iqtisadiyyata və əhaliyə mənfi təsirlərini azaltmaq üçün 150-200 milyard avro xərcləməyə hazırlaşır.

Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Almaniyanın "Handelsblatt" qəzeti yazıb.

Nəşrin məlumatına görə, vəsaitin bir hissəsi pandemiya dövründə yaradılan İqtisadi Sabitləşdirmə Fondunda var. Qalan hissə isə əlavə ayırmalarla təmin ediləcək. 
Bu vəsaitin ayrılması Almaniyaya imkan verəcək ki, daha yüksək qiymətə qaz idxal edə bilsin, həmçinin əhalinin və sənaye müəssisələrinin nisbətən aşağı qiymətə qaz almasına imkan yaradılsın.

Qeyd edək ki, maliyyə imkanları məhdud olan ölkələr qışda yüksək qiymətlərə görə, qaz idxalını azaldacaq. Bu vəziyyətdə həmin ölkələrdə elektrik enerjisinin istehsalı da azaldılacaq.

Almaniya qışda belə halla üzləşməmək və ya qışı yüngül keçirtmək üçün iqtisadiyyata dəstək verəcək.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR