Bayden yenə ŞOK ETDİ: Konfransda ölən dostunu axtardı - VİDEO
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Co Bayden son addımı ilə yenidən müzakirələrə səbəb olub.
Sfera.az bildirir ki, o, Ağ Evdə aclıqla mübarizə məqsədilə keçirilən konfransda çıxışı zamanı dünyasını dəyişən dostunu xatırlayıb. Lakin Bayden avtomobil qəzasında ölən İndiana konqresmeni Ceki Valorskinin öldüyünü unudaraq bunu edib.
Avqust ayında vəfat edən Valorskini axtaran Bayden, “Ceki, buradasan? Ceki haradadır?” suallarını verib və bu, salonda soyuq duş effekti yaradıb. Bu anlar isə qısa zamanda sosial mediada gündəm olub.
Qeyd edək ki, Baydenlə Valorski çox yaxın dost olublar. Onun ölümü Ağ Ev rəhbərini və həyat yoldaşını çox sarsıdıb.
Günay Rəsulqızı,
Sfera.az






