Rusiya Gürcüstanla sərhəddə çağırış məntəqəsi açır

Rusiya Gürcüstanla sərhəddə çağırış məntəqəsi açır

Rusiya Daxili İşlər Nazirliyi səfərbərlik elan edildikdən sonra vətəndaşların ölkəni tərk etməsi səbəbindən daha çox sıxlıq müşahidə olunan Lars Sərhəd məntəqəsində hərbi çağırış məntəqəsinin açılacağını bildirib.

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, rəsmilər görülən tədbirlərə baxmayaraq vəziyyətin kifayət qədər gərgin olduğunu bildirir.


Xatırladaq ki, Putinin Ukraynadakı müharibə ilə əlaqədar qismən səfərbərlik elan etməsindən sonra bu qərara əməl etməyən minlərlə rusiyalı ölkəni tərk etməyə başlayıb.


İndiyədək rusların Qazaxıstan, Gürcüstan və Baltikyanı ölkələr vasitəsilə başqa ölkələrə tranzit keçməsi ilə bağlı heç bir tədbir görülməyib.


Rusiya isə ölkəni tərk edənlər haqqında başqa ölkələrdən ekstradisiya tələb olunmayacağını açıqlayıb.

“VƏZİYYƏT ÇOX GƏRGİNDİR”

Rusiyanın Gürcüstanla sərhədindəki Lars Sərhəd Məntəqəsindən keçən 10 mindən çox insanın sıxlığı səbəbindən isə təhlükəsizlik tədbirləri artırılır.


Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, çağırışdan yayınmaq istəyənləri aşkar etmək üçün Lars Sərhəd Məntəqəsində Hərbi Xidmət Şöbəsinin açılacağı bildirilib.

Görülən tədbirlərə baxmayaraq, Rusiya Daxili İşlər Nazirliyi səfərbərlik elan edildikdən sonra rusların ölkəni tərk etməsi səbəbindən sıxlıq olan Lars Sərhəd Qapısında hərbi şöbə açılacağını bildirilib.


Rusiya-Gürcüstan sərhədində yaşanan intensivliklə bağlı açıqlama verən Gürcüstanın müdafiə naziri Juansher Burchuladze bu vəziyyətlə bağlı tədbir gördüklərini qeyd edib.

“Hər zaman olduğu kimi, vətəndaşların hansı məqsədlərlə sərhəd-keçid məntəqələrini keçməsinə nəzarət edirik. Hal-hazırda daha sərt tədbirlər həyata keçirilir. Biz heç bir təhlükə görmürük”.


Nazir Rusiyadan gedənlər üçün tədbir görülüb-görülməyəcəyi sualını cavablandırarkən:


“Bu, rusların daxili işidir” -deyə bildirib.


Aynil


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...