Stalinin ən böyük ayıbı - Butovski poliqonunda nələr baş verib?
13 yaşlı Mişa Şamoninin ac olduğuna görə, 2 çörək oğurlaması səbəb ilə güllələnməsi tarixin ən böyük utanclarından bəlkə də birincisidir.
Sfera.az tarixi araşdırmalara istinadən xəbər verir ki, Mişa 1937-ci ildə Butovski poliqonunda güllələnib.
Butovski isə Stalinin “Böyük Təmizləmə” adı ilə ölüm hökmü həyata keçirilən ən qanlı poliqonu idi. Burada edam edilərək və ya güllələnərək öldürülən “qatı cinayətkarlar”ın sayı 20.761 olmuşdur.
1937-1938-ci illərdə kütləvi həbslər və edamlar zamanı bu poliqon kişi, qadın, uşaqla birlikdə qurbanlarının sayına görə ən qanlı uçurum hesab edildiyinə görə “Butovski Atış Poliqonu” adlandırılırdı.
Butovski Poliqonunda edam edilənlərdən ən gənci isə 13 yaşlı Mişa Şamonin idi.
Mişa yetim küçə uşağı idi. Yeganə cinayəti iki çörək oğurluğu olub.
Mişa Şamonin həbsxanada çəkilişdən əvvəl çəkilmiş yeganə şəklində əyninə çox böyük olan paltoya bürünüb. Gözləri heyrətdən böyümüş yazıq 13 yaşlı uşaq 1937-ci ildə edam edilib.
Aynil






