Fransada miqrantlar üçün maneə yaradıldı - Mərkəzi küçələrə daşlar düzüldü

Fransanın La-Manş sahilindəki Kalais şəhərində miqrantların düşərgə qurmasının qarşısını almaq üçün bələdiyyə işçiləri əraziyə daşlar döşəyib. Bələdiyyədən bunun üçün 45 min avro büdcə ayrıldığı bildirilir.
Sfera.az-ın Fransa mətbuatından əldə etdiyi məlumata görə, sentyabrın 12-dən etibarən şəhərin mərkəzində, xüsusilə yaşıllığı əhatə edən və açıq ərazilərdə yüzlərlə ton qaya parçaları yerləşdirilib.
Qayalar Dunay və Maas sahillərində, xüsusən də qatar stansiyası yaxınlığında bir metrdən az məsafə aralıqları ilə döşənib.
Kalais Bələdiyyə başçısı Natasha Bouchart miqrantların düşərgə qurmasının qarşısını almaq üçün tətbiq edilən təcrübə ilə bağlı danışarkən : “Şəhərin mərkəzində bizə mane olan düşərgələr istəmiriksə, hərəkətə keçməliyik" ifadəsini işlədib.
Aynil