Çindən qəribə mesaj: “Əcnəbilərə toxunmayın!”

Dünya
17:04 / 19.09.2022
14441
Çində ilk meymunçiçəyi faktı aşkarlandıqdan sonra əcnəbilərə "toxunmamaq" barədə xəbərdarlıq olunub.
Sfera.az bildirir ki, Çin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin baş epidemioloqu Vu Zunyou yad insanlarla dəri ilə təmasdan çəkinməyi tövsiyə edib:
“Sağlam həyat tərzimizin bir hissəsi olaraq, mümkün meymunçiçəyi infeksiyasının qarşısını almaq üçün əcnəbilərlə və son üç həftə ərzində xaricdən qayıdanlarla birbaşa dəri təmasından çəkinin".
Bəzi vətəndaşlar bu xəbərdarlığı "irqçi" kimi qiymətləndiriblər. Sosial mediada bir çox istifadəçi “Bu, çox yersiz bəyanatdır. Pandemiyanın başlanğıcında bəzi əcnəbilər çinliləri müdafiə etmiş və onların “virus” olmadığını söyləmişdi.
Türkan,
Sfera.az