“Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək” - Ursula von der Leyen
Kateqoriya məlum deyil
“Rusiyaya qarşı sanksiyalar qalıcıdır”.
Sfera.az bildirir ki, bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen deyib. O, çıxışı zamanı fikirlərini bu cür ifadə edib:
“İçində olduğumuz dövr qətiyyət dövrüdür. Bu, gələcəyimizə yönəlmiş savaşdır, avtokratiyaya qarşı demokratiya uğrunda mübarizədir. Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək. Cəsarətin bu gün bir adı var - o da Ukraynadır”.
Bu gün Ukraynanın paytaxtı Kiyevə gedəcəyini açıqlayan Leyen, həmçinin elektrik enerjisi bazarında hərtərəfli islahat üzərində çalışacaqlarını da vurğulayıb:
“Müharibədən istifadə edərək fövqəladə qazanc əldə etmək yanlışdır, bu qazanc ehtiyacı olanlara yönəldilməlidir”.
Günay Rəsulqızı






