Putin sabah Səmərqənddən dünyaya hansı mesajı verəcək? – Şərh

Putin sabah Səmərqənddən dünyaya hansı mesajı verəcək? – Şərh

Dünyada bütün gözlər Özbəkistanın tarixi şəhəri Səmərqəndə çevrilib. Beynəlxalq media isə sözügedən şəhərdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının tədbirini fərqli başlıqlarla təqdim edib.

Sfera.az-ın məlumatına görə, burada əsas diqqətçəkən məqam Çin lideri Si Cinpin koronavirus pandemiyası başlayandan bəri ilk dəfə xaricə səfər etməsi olub. Məlumata görə, Sinin təyyarəsi əvvəlcə Qazaxıstana enəcək, sonra isə sammitin keçiriləcəyi Səmərqəndə çatacaq. Çin və Rusiyanın rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının iclası iki gün davam edəcək.

 

Kreml Si və Putinin görüşünün xüsusilə vacib olduğunu vurğulayıb. Bu il Pekində keçirilən Qış Olimpiya Oyunlarında görüşən Çin və Rusiya liderləri “məhdudiyyətsiz” ittifaqda olduqlarını açıqlasalar da, son yeddi aylıq müharibədə Putin Sidən gözlədiyi yardımı ala bilməyib. Baxmayaraq ki, Çin mediası Ukraynanın işğalında Rusiyanı dəstəkləyir və hesabatlarında NATO-nu günahlandırır. Çin rəsmiləri də bəyanatlarında Rusiyanın tərəfini tutublar və Pekin administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (UNSC) səsvermədə bitərəf qalıb. Çinin Moskvaya dəstəyi bununla da məhdudlaşıb.

 

Ukraynaya təcavüzü qınamayan Çin Rusiyanın dəfələrlə iqtisadi yardım tələblərinə müsbət cavab verməyib, ABŞ-ın başçılıq etdiyi Qərb ölkələrinin sanksiyalarından çəkinib. Hətta “Washington Post” qəzeti iyunun əvvəlində tarixi sanksiyalarla üzləşən Rusiyanın Çin lideri Si-ni israrlı tələblərə görə qəzəbləndirdiyini yazıb.

 

Ekspertlərin fikrincə isə sabah Çin və Rusiya liderləri Səmərqənddən dünyaya yeni dövrün başladığını elan edəcəklər. “The Times” qəzetinin “Putin və Si yeni dünya nizamı cızır” başlıqlı xəbərində görüşün Rusiya ordusunun Ukraynada bataqlığa düşdüyü bir vaxtda baş tutduğu vurğulanıb. İki liderin ABŞ-ın gücünə meydan oxumağa hazırlaşdığını qeyd edən “The Times” bu məqamda Rusiyanın Çindən daha çox asılı olduğunu bildirib.

 

“CNN İnternational”ın manşetində “Ukraynadakı məğlubiyyətdən sonra Putinin Si-nin köməyinə hər zamankından daha çox ehtiyacı var” xəbəri yer alıb. “Problemlər Çin və Rusiyanın “sərhədsiz” dostluğunu sınaqdan keçirir” deyən “New York Times” qəzeti Putinin cəbhə xəttində itkiləri və Pekin rəhbərliyinin iqtisadi durğunluğunun münasibətləri daha da mürəkkəbləşdirə biləcəyini yazıb. “Wall Street Journal” isə izləyicilərinə "Si və Putin Ukrayna müharibəsi başlayandan bəri ilk üz-üzə görüşlərində Qərbə qarşı çıxmağın yollarını axtarır” başlıqlı xəbər təqdim edib. Yazıda qeyd olunub ki, Rusiya ordusu döyüş meydanından geri çəkilir, Moskva Qərbin iqtisadi mühasirəsindədir və bu şərtlər altında iki lider yeni təbii qaz kəmərindən danışa bilər.

 

Qeyd edək ki, 1996-cı ildə Qazaxıstan, Qırğızıstan və Tacikistan, eləcə də Moskva və Pekin tərəfindən Şanxay beşliyi adı ilə yaradılan təşkilat 2001-ci ildə Özbəkistanın da iştirakı ilə adını dəyişdirərək Şanxay Əməkdaşlıq Təşkilatına çevrilib. Yeddi üzvü ilə yanaşı, təşkilatın müşahidəçiləri və dialoq tərəfdaşları da var.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...