Logo

ABŞ vitse-prezidentinin model qızı gündəm oldu: Bu görüntülərlə.. - FOTOLAR

ABŞ vitse-prezidentinin model qızı gündəm oldu: Bu görüntülərlə.. - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin model qızı Ella Emhoff sosial mediada müzakirə obyektinə çevrilib.

Sfera.az bildirir ki, model Nyu-York Moda Həftəsinin tədbiri çərçivəsində çıxdığı podiumda sinəsini açıb. Moda sahəsi üzrə ekspertlər Ellanın bunu qəsdən etdiyini iddia ediblər. Onun bu görüntüləri isə sosial mediada səs-küy yaradıb. Digər tərəfdən qeyd olunub ki, 22 yaşlı Ella 2021-ci ildə prezident seçilən Co Baydenin andiçmə mərasimində geyindiyi paltarla da moda rəsmilərinin diqqətini çəkməyi bacarıb.

Vurğulanıb ki, Baydenin andiçmə mərasimindən qısa müddət sonra “IMG” model agentliyi Ellaya model olmağı təklif edib. Bunu qəbul edən Ella bir neçə həftə sonra Nyu-York moda həftəsində çıxış etməyə başlayıb. Lakin bəziləri Ellanın ögey anası Kamalanın sayəsində qısa zamanda moda dünyasında tanındığını iddia edib.

Qeyd edək ki, Ella Kamala Harrisin əri Dough Emhoffun birinci arvadı Kerstindən olan qızıdır.

Türkan,

Sfera.az

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR