Logo

Kraliçanın tabutu Edinburqa gətirildi

Kraliçanın tabutu Edinburqa gətirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Britaniya kraliçası II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb.

Sfera.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək.

Sentyabrın 12-də Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Karlın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.

Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə London ətrafındakı “Northolt” aviabazasına gətiriləcək. Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR