Logo

"Sərhəddə hoppanıb, düşmək lazım deyildi..." - Kadırov

"Sərhəddə hoppanıb, düşmək lazım deyildi..." - Kadırov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən həftə tutduğu vəzifədən getmək istədiyini bəyan edən Çeçenistan rəhbəri Ramzan Kadırov növbədi dəfə Ukraynada müharibənin "əsl məqsədləri" barədə fikirlərini bölüşüb.

Sfera.az "moderator.az"-a istinadla xəbər verir ki, bu barədə çeçen lideri özünün "Telegram" kanalında bəyan edib.

Kadırov  rusiyalılar arasında bir çox insanların belə bir sual verdiyini deyib: "Bütün bunlar lazım idi?"

Kadırov buna cavab olaraq bəyan edib ki, Rusiya Ukraynada öz ənənələri, öz milli kimliyi, öz mənəvi-əxlaqi dəyərləri, öz dini, ədalətin təntənəsi,  habelə  öz gələcəyi uğrunda döyüşür:

"Uzun illər deyirdik ki, Rusiyanı sərhədləri yaxınlığında bizi NATO qüvvələri ilə təhdid etmək və atlanıb düşmək lazım deyil. Bu həm də o demək idi ki, başımız üstündən asılmış "Domokl qılıncı"na seyrci qalmayacağıq, Biz uzun illər səbrlə,amma aydın şəkildə deyirdik ki, Donbassın rusdilli əhalisinə işgəncə verərək, məhv etmək lazım deyil . Nəhayət, biz israrla təkrar edirdik ki, simasız LGBT (seksual azlıqlar) kütləsini nə qədər istəsəniz arzulayın, onlara rəğbət bəsləyin, amma bunu bizə sırımayın, biz buna imkan verməyəcəyik. Biz bunu anlamırıq və qəbul etmirik. Amma buna görə də Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Çünki biz LGBT dəyərlərini qəbul etmirik".

Kadırov paylaşımını bu sözlərlə yekunlaşdırıb:

"Biz vətənimizi şeytanlardan, faşistlərdən müdafiə edirik. Bu müqəddəs müharibədir., Bunu hamılıqla bilsək və qəbul etsək, ruhumuz daha güclü, döyüşmək istəyimiz daha çox olacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR