Rəhbər vəzifə tutmaq istəyən qadınların DİQQƏTİNƏ!: 140 il sonra iş yerlərində..
COVID-19 pandemiyası və onun nəticələri, ağır münaqişələr, iqlim dəyişikliyi, qadın hüquqlarının, cinsi və reproduktiv sağlamlığın zəifləməsi kimi qlobal çağırışlarla bağlı vəziyyət daha da pisləşib.
Sfera.az bildirir ki, bu barədə “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG): 2022 Tərəqqi Hesabatı”nda qeyd olunub.
Hesabatda hüquqi müdafiədəki boşluqların aradan qaldırılması və ayrı-seçkilik yaradan qanunların ləğvi üçün 286 il, qadınların iş yerlərində rəhbər vəzifələrdə bərabər təmsil olunması üçün 140 il, milli parlamentlərdə bərabər təmsilçiliyin olması üçün 40 il lazım olduğu müəyyən olunub. Həmçinin bildirilib ki, bu gün 15-49 yaş arası reproduktiv yaşda olan 1,2 milyarddan çox qadın və qız təhlükəsiz aborta çıxışın məhdudlaşdırıldığı region və ölkələrdə yaşayır.
BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Sima Bahous sözügedən vəziyyətin qadın hüquqları və gender bərabərliyi üçün kritik bir məqam olduğunu vurğulayaraq, bu fikirləri qeyd edib:
““Hazırda irəliləyişi təmin etmək və sürətləndirmək üçün qadınlara sərmayə qoymaq ətrafında birləşməyimiz çox vacibdir. Məlumatlar qadınların həyatındakı qlobal böhranla daha da kəskinləşən gəlir, təhlükəsizlik, təhsil və səhiyyə sahələrində danılmaz geriləmələri göstərir. Bu tendensiyanı geri qaytarmaq nə qədər uzun çəksə, hamımız üçün bir o qədər baha başa gələcək”.
BMT-nin Qadınlar və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin yeni dərc olunmuş hesabatına görə, həmçinin hazırkı inkişaf tempi ilə bütün dünyada gender bərabərliyinə nail olmaq üçün 300 il lazım ola bilər.
Türkan,
Sfera.az