Logo

Ukrayna öz vətəndaşlarına səsləndi: “Bu ərazini tərk edin”

Ukrayna öz vətəndaşlarına səsləndi: “Bu ərazini tərk edin”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna vətəndaşlarını Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yerləşən yaşayış məntəqələrini tərk etməyə çağırıb.

Sfera.az  xəbər verir ki, Ukrayna Baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk Telegram səhifəsində bu bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Rusiya hər hansı humanitar dəhlizlərə məhəl qoymur, ona görə də vətəndaşlardan xahiş olunur ki, bu əraziləri özbaşına tərk etməyin yolunu tapsınlar.

“Reinteqrasiya Nazirliyi AES-ə yaxın mülki əhalinin evakuasiyası üçün humanitar dəhliz tələb edib. Lakin hələ də müsbət cavab alınmayıb”, - deyə İrina Vereşuk əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR