Hillari Klinton niyə həmişə şalvar geyindiyinin SƏBƏBİNİ AÇIQLADI

Hillari Klinton niyə həmişə şalvar geyindiyinin SƏBƏBİNİ AÇIQLADI

Daim şalvar geyinməsi ilə məşhur olan ABŞ-ın keçmiş birinci xanımı Hillari Klintonun hansı səbəbdən bu geyim tərzinə üstünlük verdiyi bəlli olub.

Belə ki, 1990-cı illərdə bir Braziliya brendi öz reklamında Klintonun fotosundan icazəsiz istifadə edib. Sözügedən fotoda Hillari ətək geyib, lakin geyimin altından alt paltarı da görünüb. Məhz bu hadisədən sonra keçmiş birinci xanım kostyum geyinməyə başlayıb.

 

Sfera.az xəbər verir ki, keçmiş dövlət katibi bu barədə danışarkən, “həmin dövrdə Ağ Evə qəfildən mənim oturduğumu göstərən bu reklamlarla bağlı xəbərdarlıq gəldi. Ayaqlarım bitişik şəkildə əyləşdiyimi düşünürdüm. Şəklin çəkiliş tərzi də düşündürücü idi”.

 

Hillari bildirib ki, bu hadisədən sonra o, şalvar-gödəkçə kostyumları geyinməyə başlayıb və bu, onun “imzasına” çevrilib. Digər tərəfdən 74 yaşlı Klintonun keçən həftə qatıldığı Venesiya Film Festivalında açıq yay paltarının altına ehtiyat olaraq “tayt” geyindiyi vurğulanıb.

 

Qeyd edək ki, sözügedən fotoşəkil 1995-ci ildə Braziliya jurnallarında dərc olunan “Duloren” alt paltarı markasının reklamında istifadə edilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR