Liz Trass kabinetin tərkibini yaratmağa başlayıb: 3 nazir təyin edildi
Kateqoriya məlum deyil
Böyük Britaniyanın yeni baş naziri Liz Trass kabinetin tərkibini yaratmağa başlayıb.
Sfera.az-ın xəbərinə görə, ilkin olaraq Tereza Koffi səhiyyə və sosial qayğı üzrə nazir təyin edilib. O, həm də baş nazirin müavini vəzifəsini tutacaq.
Kvasi Kvartenq yeni maliyyə naziri təyin edilib.
Ceyms Kleverliyə isə Liz Trassın yeni hökumətində xarici işlər naziri vəzifəsi həvalə edilib.






