Logo

Almaniyada uşaqlarda meymunçiçəyinə ilk yoluxma təsdiqləndi

Almaniyada uşaqlarda meymunçiçəyinə ilk yoluxma təsdiqləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyada ilk dəfə 5 yaşından kiçik uşaq meymunçiçəyinə yoluxub.

Sfera.az xəbər verir ki, bu barədə Robert Kox Virusologiya İnstitutu məlumat yayıb.

“Sentyabrın əvvəlində hazırda tədqiq olunan uşaqda meymunçiçəyi xəstəliyinə yoluxma faktı qeydə alınıb”, - məlumatda deyilir.

Daha əvvəl Federal Tibbi və Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova bildirmişdi ki, meymuna qarşı peyvənd preklinik sınaqlar zamanı yüksək immunogenlik və təhlükəsizlik nümayiş etdirib.

Onun sözlərinə görə, Rusiya peyvəndi istehsal texnologiyasına görə alman peyvəndinə çox yaxındır - bu, dünyada qeydə alınan yeganə peyvənddir.

Sentyabrın 1-nə olan məlumata görə, dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib. Ən çox yoluxma ABŞ-da - 17994. Bundan başqa, İspaniya, Braziliya, Fransa, Almaniya və Britaniya yoluxma üzrə liderlik edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR