Bu qəsəbədə hər 10 nəfərdən biri 100 yaşını keçir

Bu qəsəbədə hər 10 nəfərdən biri 100 yaşını keçir
İtaliyanın cənub-qərbindəki Acciaroli qəsəbəsi adi bir yer deyil. Bu qəsəbədə yaşayan hər 10 nəfərdən biri 100 yaşı keçib. 

Sfera.az "İngilis Telegraph"a istinadən xəbər verir ki, 700 nəfərin yaşadığı Acciaroli qəsəbəsində hər 10 nəfərdən birinin 100 yaşdan yuxarıda olması elm insanlarının diqqətini çəkib.

Sözçünün xəbərinə görə, Romadakı Spineza Universiteti rəhbərliyi altında tədqiqat qrupu qəsəbə xalqının sağlamlığını və vərdişlərini başa düşmək üçün 6 ay burada yaşamaq qərara gəliblər.
 
Adrenomedullin hormonu 20-i yaş səviyyəsindədir.

 
Araşdırma qrupu 80 nəfərdən aldığı qan nümunələrində adrenomedullin adı verilən, qan damarlarını genişləndirən hormonun səviyyəsinin "qeyri-adi səviyyədə" aşağı olduğunu görüb.
 
Üstəlik, hormonun 20 və 30 yaşlarındakı insanlarla eyni səviyyədə olduğu aşkar edilib.
 
Elm insanları bu hormonun kapilyar damarlardakı qan dövranını təşkil etdiyi üçün əhəmiyyətli bir qoruyucu faktor halına gəldiyini ifadə edir.
.
Digər tərəfdən, qəsəbədə yaşayanların qidalanma vərdişləri də diqqət çəkir. Acciaroli xalqı təzə balıqları, bağda becərilən dovşan və toyuqları yeyir; Yeməklərini zeytun yağıyla bişirirlər.
 
Mövzu ilə bağlı İngilis Telegraph qəzetinə danışan Kaliforniya San Diyeqo Universitetindən Doktor Alan Maisel " Qərb ölkələrində qarşıya çıxan obezlik, alzheimer və ürək narahatlıqlarına burada rast gəlmirik" deyib. 

Seks həyatları olduqca canlıdır.
 
Maisel qəsəbə xalqının cinsi həyatına da diqqət çəkir:
 
"Yaşlıların seks həyatı olduqca canldırı. Bunun da uzun həyatın sirri ilə bir əlaqəsi ola bilər. Buradakı yaxşı hava şərtləri və həyat sevinci seks həyatlarının uzun sürməsinə təsir edə bilər".
 
Aytac

OXŞAR XƏBƏRLƏR