Logo

Semyon Peqov Moskvada SAXLANILDI

Semyon Peqov Moskvada SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyalı hərbi jurnalist, “WarGonzo” “Telegram” kanalının müəllifi Semyon Peqov Moskvada polis əməkdaşları tərəfindən saxlanılıb.

Sfera.az xəbər verir ki, erməni əsilli media maqnatı Aram Qabrielyanın maliyyələşdirdiyi “WarGonzo” layihəsi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla bağlı dezinformasiyaların yayılması ilə məşğul olub.

Kanalın müəllifi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

Rusiya KİV xəbər verir ki, Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olmağa çalışıb və administratoru hədələyib. Bu zaman mehmanxana rəhbərliyi ondan polisə şikayət edib və Peqov polis tərəfindən saxlanılaraq barəsində protokol tərtib olunub.(oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR