Avropa Latın Amerikası uğrunda mübarizəyə qoşulur

Avropa Latın Amerikası uğrunda mübarizəyə qoşulur

“Avropa İttifaqı 2023-cü ildə Latın Amerikası qitəsində fəallığını artırmağa qərar verib. Bu barədə təşkilatın hazırladığı sənəddə vurğulanıb. Hazırda Brüsselin Cənubi Amerikada mövqeləri zəifdir”.

Sfera.az-ın məlumatına görə, bu barədə fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya və Çin müxtəlif istiqamətlərdə olduğu kimi Cənubi Amerikada da fəaldırlar:

 

“Pekin Cənubi Amerikada iqtisadi layihələrini artırıb, Moskva isə ideoloji istiqamətdə fəaldır. Misal üçün Cənubi Amerika ölkələrinin bir qismi Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə və Çinin Tayvanla bağlı planlarına səssiz qalıblar, mövqe bildirmirlər. Bunun özü Brüsseli narahat edir.

 

Brüssel Cənubi Amerika ilə bağlı hazırladığı sənədi Avropa İttifaqına üzv olan dövlətlərin paytaxtlarına göndərib. Sənəddə açıq qeyd edilib ki, Avropa İttifaqı Rusiya və Çinin Latın Amerikasında fəallığından narahatdır və bu fəallıq təşkilatın bu qitədə mövqelərinin zəiflədilməsinə xidmət edir. Halbuki Latın Amerikası illər uzun Qərblə daha sıx əməkdaşlıq edib. Pekin və Moskva durumu dəyişiblər. Avropa İttifaqı vəziyyətin dəyişməsinə özünün passivliyini etiraf edib. Brüssel son illər Latın Amerikasını unudaraq əsas diqqəti Ukraynaya, Suriyaya və Liviyaya yönəldib. Səhvindən nəticə çıxaran Brüssel yenidən Latın Amerikasına qayıtmağın vacibliyini vurğulayıb. Ancaq bu asan olmayacaq”.

 

Politoloqun sözlərinə görə, Pekin 2000-2006-cı illər arasında Latın Amerikası ölkələrinə investisiyanın həcmini 26 dəfə artırıb:

 

“Bunun sayəsində Çin Latın Amerikasının əsas ticarət tərəfdaşına çevrilib. Latın Amerikasının 33 ölkəsində 21-i Pekinin “bir kəmər, bir yol” layihəsinə qoşulub. Latın Amerikası ölkələrinin liderləri Çinlə əməkdaşlığa maraq göstərirlər.

 

Brüssel 2027-ci ilə qədər Latın Amerikası ölkələrinə 3.4 milyard avro yatırmağı planlaşdırır. Bundan başqa Brüssel Latın Amerikası ölkələri ilə müxtəlif ortaq layihələri reallaşdırmaq və konfranslar keçirmək istəyir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...