Logo

BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək

BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 22-də BMT Təhlükəsizlik Şurası Ukraynada “sülhün və təhlükəsizliyin qorunması” məsələsi ilə bağlı iclas keçirəcək.

Sfera.az xəbər verir ki, bu barədə cümə axşamı yayılan Təhlükəsizlik Şurasının sentyabr ayı üzrə iş proqramında deyilir.

Sentyabrda Fransa Təhlükəsizlik Şurasına sədrlik edir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin bir qədər əvvəl dediyi kimi, Rusiya Federasiyası Kiyev tərəfindən Zaporojye atom elektrik stansiyasının davam edən atəşə tutulması ilə əlaqədar Təhlükəsizlik Şurasının sentyabrın 6-da iclasının keçirilməsini xahiş edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR