Zelenski Londondakı villasını ruslara kirayə verib – İtaliya mətbuatı

Zelenski Londondakı villasını ruslara kirayə verib – İtaliya mətbuatı

Ukrayna lideri Zelenski ilə bağlı son iddialar səs-küy yaradıb.

Sfera.az bildirir ki, İtaliyanın “Il Tirreno” qəzetinin məlumatına görə, Zelenski avqust ayı üçün Toskanadakı lüks villasını kirayə verib. Məsələ isə kirayə biznesi deyil, evin kimə kirayə verilməsi ilə bağlıdır.

 

Xəbərə görə, Zelenski villasını ruslara icarəyə verib. Belə ki, rusiyalı cütlük Londonda yerləşən villanı avqust ayı üçün icarəyə götürərək 50 min avro ödəyib. Qeyd olunub ki, sahilyanı Forte dei Marmi şəhərində olan villanı Zelenski hələ aktyor olarkən dörd milyon avroya alıb.

 

Qəzet yazıb ki, cütlüyün sosial mediada paylaşdığı fotolar da onlarln prezindetin mülkündə qaldığını təsdiqləyib.

 

Digər İtaliya qəzeti “Corriere Della Serra” da əmlakı idarə edən daşınmaz əmlak agenti ilə əlaqə saxlayıb.

 

“İcarəçilər rus deyildilər, amma daha çox şey deyə bilmərəm, çünki şəxsi məlumatlar toxunulmazdır”, - deyə rieltor söyləyib. Qəzet kirayəçilərin çox güman ki, rus əsilli olduğunu, lakin uzun müddət Böyük Britaniyada yaşadıqlarını və bəlkə də Britaniya vətəndaşlığına sahib olduqlarını vurğulayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...