“Rusiya hərbi gəmiləri Krım limanlarına yaxınlaşa bilməyəcək” - Açıqlama

“Rusiya hərbi gəmiləri Krım limanlarına yaxınlaşa bilməyəcək” - Açıqlama

“Ukraynanın Xerson istiqamətində əks-hücuma keçməsi Moskvanı çıxılmaz vəziyyətə salıb”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Müsahibimiz qeyd edib ki, Xersonun azad edilməsi, Rusiyanın Qara dəniz donanmasına  təhlükə yaradacaq:

 

“Bununla da Rusiya hərbi gəmiləri Krım limanlarına yaxınlaşa bilməyəcək. Xersonda hərbi əməliyyatlar uğurla davam edəcəksə, Rusiya növbəti mərhələdə şimaldan Ukraynaya qarşı cəbhə aça bilər. Amma, hərbi nöqteyi-nəzərindən Rusiya quru əməliyyatlarında əvvəlki kimi uğurlu hərbi əməliyyatlar keçirə bilməyəcək. Rusiyanı şimal istiqamətində digər legioner batalyonlar qarşılaya bilər”.

 

Politoloq qeyd edib ki, Ukrayna müharibəsinin gələn ilə kimi davam etməsi gözlənilir:

 

“Rusiya tərəfi senytabrda yenidən Kiyevlə danışıqlar aparmağa cəhd edəcək. Rusiya və Ukrayna nümayəndə heyətlərinin Ankarada danışıqlar masasına əyləşməsi də istisna deyil. Növbəti danışıqlarda Ukrayna tərəfi psixoloji və hərbi üstünlüyə malik olaraq Rusiyani 24 fevral sərhədlərinə çəkilməsini tələb edəcək. Digər tərəfdən Xerson azad edilərsə, Zaparoje və Mariupolda azad ediləcək. Bundan sonra Zelenski və Putinin görüşünə ehtiyac qalmayacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR