Rusiya-Ukrayna müharibəsində son durum - “CNN İnternational” açıqladı

Rusiya-Ukrayna müharibəsində son durum - “CNN İnternational” açıqladı

Ukrayna qoşunlarının Xerson istiqamətində əks hücumu ilə bağlı yeni məlumatlar yayılıb.

Sfera.az bildirir ki, həm Rusiya, həm də Ukraynadan ziddiyyətli bilgilər gəlsə də, “CNN İnternational” regiondakı son vəziyyəti açıqlayıb. Adı açıqlanmayan hərbi mənbə agentliyə bildirib ki, Ukrayna qüvvələri Xerson şəhərindən təxminən 23 kilometr cənub-qərbdə Pravdyne, Nova Dmitrivka və Tomyna Balkanı ələ keçirib. Eyni mənbə Ukrayna qüvvələrinin Xerson şəhərinin cənubunda irəliləyişini davam etdirdiyini iddia edib.

 

Yunanıstanın Xersondakı fəxri konsulu Pantelis Boubouras bölgədəki münaqişə haqqında “Əl-Cəzirə” telekanalına danışarkən, "eşitmişəm ki, 1000 ukraynalı və 1500 rus öldürülüb", - söyləyib. Rusiya Müdafiə Nazirliyi isə Xerson vilayətində Kryvyi Rohun geri alınması cəhdi zamanı 1200 ukraynalı əsgərin öldüyünü açıqlayıb və ərazi itkisi olmadığını iddia edib.

 

Digər tərəfdən Ukrayna prezidenti Vladimir Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz verib. Hərbi ekspertlərin fikrincə, Xersonun geri alınması digər işğal olunmuş şəhərlərə də ümidi artıracaq.

 

Qeyd olunub ki, bundan başqa, şəhərin alınması Zelenskinin göstərdiyi Krım yolunu da açacaq. Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir. Mütəxəssislərin sözlərinə görə, Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır, çünki qış aylarında irəliləyiş çətinləşəcək.

 

Qeyd edək ki, Zelenski ötən gün Ukrayna əsgərlərinin Rusiya ordusunu sərhədə qədər izləyəcəyini bildirib və rus əsgərlərinin hansı şəraitdə sağ qalacağını açıqlayıb. Rus əsgərlərinə xitabən Zelenski, “Əgər sağ qalmaq istəyirlərsə, qaçmağın vaxtıdır”,  deyib və təslim olmaq çağırışını təkrarlayıb. Rusiya isə aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisi 498 olaraq açıqlanıb. O vaxtdan bəri bu məlumatlar heç vaxt yenilənməyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...