Mixail Qorbaçov vəfat etdi

Dünya
00:25 / 31.08.2022
9084
Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov vəfat edib.
Sfera.az-ın məlumatına görə, bu barədə Mərkəzi Kliniki Xəstəxanadan bildirilib.
Qeyd olunub ki, Qorbaçov 91 yaşında dünyasını dəyişib.
"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib. (APA)