Çe Qevaranın oğlu vəfat etdi
Kateqoriya məlum deyil
Kuba inqilabının liderlərindən olan Çe Qevaranın oğlu Kamilo Qevara dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, 60 yaşlı Kamilo Qevaranın ölüm xəbərini Kuba Prezidenti Migel Diaz-Kanel açıqlayıb.
Bildirilib ki, Kamilo Qevara Venesuelaya səfəri zamanı təyyarədə ürək tutmasından dünyasını dəyişib.






