Logo

Rusiyadan Zaporojye AES-lə bağlı Avropaya ÇAĞIRIŞ: "Təzyiq göstərin!"

Rusiyadan Zaporojye AES-lə bağlı Avropaya ÇAĞIRIŞ: "Təzyiq göstərin!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Bütün ölkələr atom elektrik stansiyasını bombalamaqla Avropa qitəsini təhlükə altına qoyan Ukraynaya təzyiq göstərməlidir”.

Sfera.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, çıxışı zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyətinin bu həftə Zaporojye AES-ə edəcəyi səfərə də reaksiya verib:

“Bunu çoxdan gözləyirdik və tamamilə zəruri olduğunu düşünürük".

Qeyd edək ki, Ukraynadakı atom elektrik stansiyası ilə bağlı narahatlıqlar son vaxtlar yenidən pik həddə çatıb. Moskva və Kiyev zavodun bombalanmasında bir-birini günahlandırsa da, BMT bildirir ki, bölgə dərhal hərbsizləşdirilməlidir.

Türkan,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR