Türkiyə boğazlardan keçid qiymətlərini 5 qat ARTIRIR
Kateqoriya məlum deyil
Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini 5 qat artıracaq.
Sfera.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
"2022-ci il oktyabrın 7-dən etibarən boğazlardan keçidlər üçün mayak, təxliyə və tibbi xidmət haqqı 5 dəfə artırılacaq və hazırda 40 milyon dollar olan gəlir 200 milyon dollara yüksələcək. 1936-cı ildə imzalanmış Montrö sazişinə əsasən, boğazlara girib-çıxan gəmilərdən mayak, təxliyə və tibbi xidmət haqqını toplamaq hüququ var", - KİV-də qeyd olunub.






