Logo

İsveçdə İran əsilli iki qardaş “casusluq” ittihamı ilə mühakimə olunur

İsveçdə İran əsilli iki qardaş “casusluq” ittihamı ilə mühakimə olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Biri İsveçin təhlükəsizlik polisi və hərbi kəşfiyyatında işləyən İran əsilli iki isveçli qardaş “casusluq” ittihamı ilə mühakimə olunacaq.

Sfera.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

İsveçin “Expressen” qəzeti iki qardaşın İranda doğulduğunu, lakin uşaq yaşlarında İsveçə getdiyini və 2011-ci ilin martından keçən il həbs olunana qədər casusluq etməkdə ittiham olunduğunu yazıb.

Bununla belə, qəzet vurğulayır ki, hər iki şəxsin İranın kəşfiyyat qüvvələrinə, yoxsa başqa tərəfə məlumat verib-vermədiyi hələlik bəlli deyil.

Tutulanların kimliyi barədə dəqiq açıqlama verməyən "Ekspressen" qəzeti qardaşların ötən həftə sonu məhkəmə qarşısına çıxarıldıqlarını qeyd edib.

Turan Rzayev,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR