Putin Rusiya ordusundakı əsgərlərin sayını artırır – Bu nəyi dəyişəcək?

Putin Rusiya ordusundakı əsgərlərin sayını artırır – Bu nəyi dəyişəcək?

Rusiya Federasiyasının prezidenti Vladimir Putin gələn ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayının 137 min nəfər artırılması haqqında qərar imzalayıb. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin 1 milyon 150 min 628-i əsgər olmaqla 2 milyon 39 min 758 nəfər olmasını əmr edib. Yeni qərara əsasən, 2023-cü ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayı 137 min nəfər artacaq.

Maraqlıdır, Rusiyanın ordunu genişləndirmək planı Ukraynadakı müharibənin gedişatını dəyişə bilərmi?

 

Sfera.az bildirir ki, Britaniya Müdafiə Nazirliyi bu addımın Ukrayna müharibəsinə təsir etməyəcəyini açıqlayıb və bunu qismən “müharibədə itkilər”lə əlaqələndirib.

Qurum qeyd edib ki, əlavə kadrların qəbulunun könüllülərlə, yoxsa icbari hərbi xidmət çərçivəsində aparılacağı bəlli deyil. Britaniya Müdafiə Nazirliyi Putinin fərmanı ilə atılacaq addımların Ukraynada balansı dəyişməyəcəyini bu cür izah edib:

 

1. Rusiya ordusu Ukraynada on minlərlə əsgərini itirib

2.Məcburi hərbi xidmətlə yanaşı, yeni çağırışçılar çox aşağı səviyyədədir

3.Hərbi xidmətə çağırılanların Rusiyadan kənarda xidmət etmək öhdəliyi yoxdur

 

Bildirilib ki, Rusiyada 18-27 yaş arası kişilər bir illik məcburi hərbi xidmətə cəlb olunurlar, lakin tələbə olduğunu sübut edən və ya səhhətində problem olanlar icbari hərbi xidmətdən azad edilir.

 

Xatırladaq ki, Qərb ölkələrinin hərbi mənbələri Rusiyanın Ukraynada 6 ay davam edən işğalında təxminən 70-80 min əsgərin öldüyünü və ya yaralandığını bildirir.

 

Qeyd edək ki,  bundan öncə 17 noyabr 2017-ci il tarixli əvvəlki qərara əsasən, 2018-ci ilin əvvəlinə qədər Rusiya Silahlı Qüvvələrində 1 milyon 13 min 628-i əsgər olmaqla ümumilikdə 1 milyon 902 min 758 şəxsi heyətin formalaşdırılması əmri verilmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...