Logo

Tbilisi yaxınlığında güclü yanğın baş verib - FOTO

Tbilisi yaxınlığında güclü yanğın baş verib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın Tbilisi şəhəri yaxınlığındakı Şavnabada dağında güclü yanğın başlayıb.

Sfera.az xəbər verir ki, yanğın meşə massivini və ot örtüyünü bürüyüb.

Sosial şəbəkələrdə yanğının görüntüləri yayılıb. Yanğının lokallaşdırılması və aradan qaldırılması istiqamətində işlər aparılır, prosesinə aviasiya cəlb olunub.

Yanğın baş verən ərazinin yaxınlığında yaşayan paytaxt sakinləri yaşadıqları binaların üstündən kəskin qoxu və tüstünün olması barədə sosial şəbəkələrdə xəbər verirlər.

Ölkənin Fövqəladə Hallar Departamenti bundan əvvəl ölkə üzrə isti havanın meşə yanğınları təhlükəsini artırdığı barədə xəbərdarlıq edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR