Logo

Putin Berdiməhəmmədovu ordenlə təltif etdi

Putin Berdiməhəmmədovu ordenlə təltif etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin türkmənistanlı keçmiş həmkarı Qurbanqulu Berdiməhəmmədovu 4-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

“Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki,bu haqda Rusiya Prezidentinin fərmanı hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

“Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Berdiməhəmmədov Qurbanqulu Myalikquliyeviçi IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, bir müddət əvvəl “Xəzər beşliyi” sammiti üçün Türkmənistanın paytaxtı Aşqabada gələn Putin Berdiməhəmmədova qızılı qılınc və şahmat hədiyyə edib.

Türkmənistanın keçmiş prezidenti iyunun 29-da 65 yaşını qeyd edib. Berdiməhəmmədov Türkmənistanın rəhbəri kimi 2007-ci ildən 2022-ci ilə kimi 15 il çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR